Dirilər öləcək , ölülər dirilib kəfənin geyəcək, gələcək bilinir, gələcək qurtarıcı deyə deyə öləcək neçə dindar
Baxıb buna şeytan güləcək
İnsan görəcək, mənəviyyatdan ve əxlaqiyyatdan uzaqlaşıb enəcək dərinə ve girəcək qəbirə ama dimme
Yalandı dimme, inanma dimme
Dediyim sözlər qəlbine zindan, ruhuna hərdən ziyandı dimme
Diləklər pozulur, mələklər yazmır
Dərd evi qırıq ama ömrün azdı
Neçə qış, neçə yaz, neçə yay
Necə sərt əsəcək küləy ama qəlmiyəcək hay
Həvəsin qaçacaq, ümüdün puç olub uçacaq
Salacaq qarğalar ölkəyə hay haray, axacaq
Üzdən tüpürcək, soracaq günahsız öldürülen o qız ölümün səbəbin
Tutacag tərəfin, satacaq şərəfin, ölümün sahibi - Əzrail öləcək insan qalacaq bilirəm qalacaq görürəm qalacaq
Nə qədər olacaq qəddar alim, səddarxan bele gələcək hətta görəcək öləcək bir daha
Batacaq gəmilər atacaq kapitanı dənizə mürettebatı ve bir anda qatil olacaq rahiblər
Kölələr baş qaldıracaq gələcəy yeni sahiblər
Yeni firavunlar yeni marifler
GƏLƏCƏK GÜNAHLARLA HÖRÜLMÜŞ DİVAR
BU DİVARDA QƏTLEDİLMİŞ MƏSUM ARZULAR
GÖY ÜZÜNDƏ GİZLİDİR GƏLƏCƏYİN
Yeni cahillər yeni alimlər
Yeni mominler yeni kafirler
Yeni məbədlər yeni imaretler
Allah deyəcək yenə qatillər
Gökyüzü olacaq qapqara duman
Xəncərin çəkib çalacaq keman
Quran unudulacaq papağını taxacaq
Hədisin yazacaq hiyləgər qocalar
Tək göz baxacaq hərkəsə, hərkəs zarafata salacaq
3 kart oyununa hər kəs gələcək, hər kəsə üç altı düşəcək
Pişəcək insanların əti, baxıb buna şişəcək heyvanlar
Körpələr ölmədən ölməyi biləcəklər
Gələn hər doğrunu gizləyəcəklər
Gİzlənəcəklər gargadın dalında
Yeni hakimlər bağırtı salacağ " öldü ədalət gəldi qiyamət"