LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Gecə (feat. Hasan Badalbayli)

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Bir gün gələr, sən də anlarsan məni
Unutmuşam deyib, keçdiyin sirrləri
Sən qaranlığıma doğan günəşimdin mənim
Sən edəcəyim ən düzgün səhvimdin mənim

Çəkdiyin hər bir dərd yaşa doldurar insanı
Mən qocaldım, bəlkə də ölmüşəm nə mənası
Etdiyin hər bir səhv, əfv etməz vicdanı
İndi həyat qaytarsın məndən bütün aldıqlarını

Baxdığım ən gözəl film idin, sonun ağlatdı
Nə idi günahım? Məni özünə bağladın
Son görüşdə gözlərində gözlərimi axtardım
Tapmadım, gözlərinə bir söz keçir, elə baxmasın

Nə mən əvvəlkitək yadam, nə doğmayam sənə
Elə bir haldasan nə mən, nə özgə dəva könlünə
Nə sən əvvəlkitək gözəl, nə özəlsən mənə
Elə bir haldayam nə sevər, nə dözərsən mənə

Ayrılıq necə pis səslənir
Dilimə yaraşmır heç söyləmək bu kəlməni
Amma nə etsək də doğru olan tək şey var
Nə mən sənin olacam, nə də ki, sən mənim

Gecənin şərindənsə, sabahın səni yaxşı
Necə olur ki, gözlərin susur, dilin yalan danışır
Yuxun yaman qarışıb, dolub gözlərin deyəsən
Qapını açıq qoydum gecə, geri dönəcəksən deyə sən

Elə bilirdim dünyada təksən
Sən demə bir əksin də mənmişəm sənin
Gördüyüm nə idi mənim səvgiyə bənzər?
Elə bil, yuxuda gördüm oyaqkən səni

Baxdığım ən gözəl film idin, sonun ağlatdı
Nə idi günahım məni özünə bağladın
Son görüşdə gözlərində gözlərimi axtardım
Tapmadım, gözlərinə bir söz keçir, elə baxmasın

WRITERS

Ali Alasgarov

PUBLISHERS

Lyrics © Universal Music Publishing Group, O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other