Gözüm səni axtarır həzin yağış səsində
Ayrılıq bir sızıltı kimi titrəyir nəfəsimdə
Səndən xəbər yoxdu gəlmir daha səsin də
Adını pıçıldayır külək tozlanmış pəncərəmdə
Unutmusan məni (unutmusan məni)
Arabir xatırlayırsan bəlkə də (o da ötəri)
Gözləyirəm səni (əlimdə ümidimin külləri ilə)
Səsləyirəm səni (uzaqda xəyalın görsənir)
Bacarırsan gəl özün qır bu könül zəncirini
Bacarırsan gəl gözümdəki yaşı qurut gəlib
Axtar məni qəhərdən boğazın düyün vuranda
Axtar ümidin bir gün nöqtədən vergülə çönəndə
Yaxınların dost-tanışların sənin üzünə duranda
Axtar qəlbindəki son ümid işığı sönəndə
Qazınıb yaddaşıma üz cizgilərinin hər xətti
Məskunlaşıb qəlbimə şiddətli lənət kimi
Sənə yazılan şeirlər əbəsdi necə ki
Gəlməyəcək birinə göndərilən dəvət kimi
Gülüşlərlə dolan gözlər indi viranə qaldı
Məhəbbətin şərbət idi indi zəhər qarışıb
Sədaqətin bir xəyal vüsalın oldu yalandı
Əqlim sərgərdan gəzir hicranı dərd sanıbdı
Gözüm səni axtarır hər Bakının küçəsində
Axtarır baxışını başqalarının gözündə
Axtarıram səni düşüb çöllərə gecənin üçündə
Axtarıram qəlbimdəki bircə ümid közüylə
Xatırlayaram səni bir gecə yarısı
Yorğun-arğın işdən evə qayıdanda
Unudacam səni yerlə göy birləşəndə
Vaxtım dolanda yolum ölümlə kəsişəndə
Gözlərim yaralı gözlərimdən qan axır
Gözlərin qan axtarsa gözlərim qan çanağı
Gözümü yumuram elə bil mənə yar baxır
Elə bil yanan qəlbimə dörd fəsil qar yağıb
Mən qorxu bilmirəm əsrlər əvvəl ölmüşəm
Yaşanmışlıqları xatirə dəftərinə gömmüşəm
Özümü basdırıb yenidən dirilib gəlmişəm
Özbaşıma dərd-səri folqalara gömürəm
Gəl yenə o titrək əllərinlə əlimi tut yenə
Baxışınla dəli könlümü susdur yenə
Unutmadım mən sənin gözlərinin mübtəlası
Sən olmasan kim olacaq sətrimin mübtədası?