Bu gün çətin gündü, yenə acıq
Növbəti mal çıxıb xərraca
"Barıqalar" küçələri qaçır
Səhərə qədərdi "ley-pey", ey
Subayam mənə hələ əl dəyməyin.
Üzümə baxırsan key-key, ey
Həyatımın yoxuşu və enişi (hər cür)
Düz 15 il eliyirik bu işi (hər gün)
Nəticədə hər şey dəyişib (düzdü)
Yanımda ölü biri deyir ki,
"Rave"in əvvəli var, yoxdu axırı
Kafel ağı itirib göz ağını
Telefonun balansı da var, taksi çağırım
Dalğaların üzərində küləyə tərəf
Gedə bilməz atdığımız güllələr hədər
Yeri-yerində, yeri-yerində
Nəsə qazannaq istəyirsənsə dur elə, ey
Plan qurmaqla heç nə düzələn deyil
Biri qazandınsa - yüz elə, ey
Fikirləşmə ki, bu bəs edər, ey
Pullar məndə şax deyil, hamısı tərli
İş görürük, uşaqlar zibilə düşüb
İş görürük, üzü axşama görüşüb
İş görürük, axıra qədər gör işi
İş görürük, biz iş görürük
Dalğaların üzərində küləyə tərəf
Gedə bilməz atdığımız güllələr hədər
Yeri-yerində, yeri-yerində