LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

ƏDƏBİYYAT

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Torpağa yol tapan su nəyəsə can verir bu o deməkdir ki yaşa məqsədin uğrunda
Ümidlər həmişə sağdır
Məni tərk edən hər fəslin dilində şüardır ki End həmişə soruşub döyüş haçandır
Ölüm haqdırsa rapim yaşamağımın faktı
Bütün xırdalıqların ardından qoluma taxdım zamanı
Və bütün instaqram həyatları axara atdım
Bu təxribatdır
Səni böyüdürlər malılar və məlilərlə "suka"
Ruhun heç nədən incimir hər şey səliqə ilə
Səni soyundurub geyindirirlər dəqiqə ilə
Sora döyüşürsən başında xəmir dəbilqə ilə
Səni əqidə ilə sınayırlar yoxdur qılıncın
Sən alovun kəşfindəki son qığılcım
Sənin gözünü qamaşdıran əkslərinə "fuck" de
Qoy əllərini bağlayan tilsim qırılsın
Bu şeiriyyətdir
Bu müasir poeziyadır və saraydan danışılmağa xeyli yaddır
Bu proqressiv text bu and musiqisi
Buni bir dəfə içirsən və sehri qaçmır
Bizim cəbhədə əsas missiya ehtiyatdır
Səni hər şeyə vadar edən ehtiyacdır
Ona görə həyata qarşı ol ehtiraslı
Olma xeyirxah ol etibarsız
Müqəddəs hər şeyə qarşı ehtiramsız
Ol ən güclü
Ölənəcən bərpa eləməyə çalış mənəviyyatını
Ədəbiyyatını
Gəlmisənsə hamını oyat sonra gedib bəlkə əbədi yatdın
Hələ ilahi eşqə qədər əllərin çatmır
Sənin hələ kimsə olmaq üçün səhvlərin azdı
Sənin qəzəbin safdır
Sən hər şeyə tüpürmə bir yolluq
Səni öləndə gözləyir bir sandıq
Bəlkə içində milyonluq insanlıq
Sən demə bədəndə çox ruh var imiş amma biz 1 sandıq
Elmi insan yaradıb insan gözləyir İsanı
İlk dəfə kitab yazanda əzbərləmişdi o hər bir misranı
Bihuş edən şeylərə açdı itirdi nizamını
Sən hər şeyə tüpürmə bir yolluq
Səni öləndə gözləyir bir sandıq
Bəlkə içində milyonluq insanlıq
Sən demə bədəndə çox ruh var imiş amma biz 1 sandıq
Yaradan yaratdıqlarını çox sevir necə ki gitaristlər mizrabını
Elmi insan yaradıb insan gözləyir İsanı
İlk dəfə kitab yazanda əzbərləmişdi o hər bir misranı
Bihuş edən şeylərə açdı itirdi nizamını

WRITERS

Mirzəli Abbasov

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Anger

Sentiment
Thumbsup IconThumbsdown Icon
Theme

Sexual