Şəmi qəriban xeyli qərib hal
Keçib burdan sanki taliban
Yox sadəcə hökm sürür yuxu şəhər yatır
Şəfəq batıb ilham pərim qapıdadı
Saniyələr ötüb keçir içəri buraxmıram
Mən səhv elədim onu arzuladım
Ovulub tökülür yaşıl karandaşım
Toxunuş aparır düzləri səhvlər damino qatarı
Həmən o axara düşmüşəm papiroz aparıb
Itirdim özümü güzgüyə baxıram əksim qocalır
Əksik toplanıb çaradağa qarğalar
Yəqin qonağı olub bu gün başqa damın
Gəlsin sorarığ vacib olanı
Başqa diyarların havasından bizi agah eləsin gəzib dolanıb
Yaşıllıq adıyla şam niyə əkirlər hər yerə fərsiz olarıq
Əlsiz çolağın haqqına girənlər ölümə həddsiz yubanır
Qəlbim bulanır gördükcə hər gün buları
Hər cür sulanır yaltağ adamlar dərdim qubarım
Həqqin bulağı gözdən axan yaş
Ərdim murada xilas tapdım o dərin quyudan
Əqli uyudan hər şey dadım hər şeyin fərqli huyu var
Bu şərti qutular piramidlərdisə görürəm əntiq yuxular
İlahi toxunub mənə nəfəsiylə rəbbim qoxuram
Burdakı hər şey təhtəlşüurdu çıxma məntiq ovuna
Dəysin oxuma qarşı çıxanlar
Şəmsim oxuma məktubları mənsiz
Güllər sular səpdim yoluna düşünmə ki sənsizliyimi rəsmin ovudar
Mən də sənin kimi rəbbim qoxuram
Səni ölüm gözləyir o hələ gəlir qarşıdan
Onun istiliyi dərimin altında qarışqa
Bu dəqiqə qulaqları çinləyir eşidir qarğışlar
Səni ölüm gözləyir o hələ gəlir qarşıdan
Onun istiliyi dərimin altında qarışqa
Bu dəqiqə qulaqları çinləyir eşidir qarğışlar