LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Əsmərim

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Əsmərim (x3)
Niyə yaradan apardı məhz səni
Nə günahım vardı bəs mənim
Əsmərim

Yap10
Sənlə mən gəzərdik əl-ələ,
Qayıtmadım o yerlərdən evə mən elə.
Dağılıbdı parklar,
sökülübdü yollar,
Orda gördün məni əl-ələ.
Gələcək qatarındayam, gəl artıq,
Yerini saxladım.
O gündən yanağımda
Dodağının tərini saxladım,
Üstümdə kirini saxladım oturduğumuz parkın.
Bütün şəkillərini sildim, amma birini saxladım.
Sən nələr etdin? (Nələr etdin?)
Hədər getdi. (Hədər getdi.)
Sən nə etdin?
Bezdim və mən getdim, artıq gecdir.
(Əsmərim, of, əsmərim!)
İstəyirdin Eyfellə selfi,
Bahalı hovuz, delfin...
Amma mən istəyirdim:
kaş izləyək sənlə bir film!
Yenə də istəmirəm,
Göz yaşına qarışmasın parfüm.
Yadında? Dodaqların
Mənim dodaqlarıma morfin...
O vaxtdan da bir tək mənə
Xatirə qala şərfin.
Səhvim, əhvim...
Eşqi başqa bilənə təhvil verdik.
Sonunda sən öz yoluna,
Mən öz yoluma getdik.
Düzdür, sən də istəməzdin,
Amma həmin məqam yetdi.

Epi
İstəmirəm bu yolu sənlə gedim,
Çünki sənə sərf edir.
Dostum "Səhvin nədir?" deyəndə,
Tutmadın ki, söhbət səndən gedir.
Səndən zəhləm gedir...
Zəhləm belə dünən səndən dedi.
Zəng vurmayacaqsansa əgər,
Xəbər elə, axşam mən zəng edim.
Yadıma düşür, mənə "Gedirəm" dedin,
Mən də sənə "Bəs mən?" dedim.
Əslində bilirdim gedə bilməzsən,
"Qucaqla" deyə onu qəsdən dedim.
Əvvəl bir müddət yazmırdım,
Pis olurdum ki, bəs nə edim?
İndi yanından səssiz keçirəm,
Pis olursan deyə ləzzət edir.
Xəyalımızdakı evi yandırdım,
İstəyirəm sənə əziyyət edim.
Sənə görə oturub içirəm kafedə,
Ağsaç day-day nəsihət verir.
Soruşdular ki: "O qız nəyindir?" (Hahaha)
"Məlhəmdir" dedim, səhvim var idi.
Utandım "Sevirəm" deməyə,
"O qız məndəndir" dedim

WRITERS

EKBER NOVRUZLU, ZAMIQ ELIYEV

PUBLISHERS

Lyrics © Universal Music Publishing Group

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other