Eyni hisslərə aldandımsa, bir də inanmam.
Bunu özümə demək, inan, asan deyil.
Otların arasından qaçıb gələn sevgi məni qucaqlayar,
Amma qayğı bir qucaqdan artıq deyilmi?
Üç nöqtə kimi davam etməyimi gözləyən bir ton adam var,
Amma adam demək olarsa...
Çox qayğıdan danış mənə, görüm bəhs elədiyin nədir?
Onu bir dəfə dadmadım, söhbət nədən gedir?
Onsuz da şah əsərin çox gözəl deyil.
Buraxdığın can həmənki can deyil.
Eyni insan olmaq üçün özünlə apardığın dava,
Uzaqdan izləmək belə yetərincə burxar ürəyimi.
Yaşıl dənizdə duyğular dalğaya dönüb çağlar,
Boğulmadan üzmək oralarda heç asan deyil ki.
Bir vergüllə hekayənin davamından təmizlənən bir ton adam var,
Hamının vədəsi dolmuşsa...
Kaş inansan, sevginin ən saf halı gözlərindədir.
Güzgüyə baxsan, anlarsan söhbət nədən gedir.
Onsuz da şah əsərin çox gözəl deyil.
Buraxdığın can həmənki can deyil.