Bilirəm, düşündün məni o qədər
Tək mən deyiləm bunu hiss edən
Yaşanmadan amma nə tez də bitdi
Başqası aldı əlimdən, niyə?
Çünki qorxdun hisslərindən mənə qarşı
Amma məndən danışdın hər kəslə hər səfərində
Gizlətdin istəyi niyə bilə—bilə
İnanmadın məni sevdiyinə?
Boynuma alıram, doymuram səndən heç vaxt
Qorxmuram sevməyə heç vaxt
Sən bir yuxu idin, hələ oyanmadım
Bilirəm, təkrar o hissləri oyatdım
İndi zəng elə, mənə de ki
O qorxuları bir kənara atdım, bu hissi daddım
Başqasını da sənin qədər sevəcəyimi sandım
İnandır, bəsdir, vaxtı itirdik hədər
Yığ məni, gözləyirəm bir xəbər