Vuruldum gün işığına saçlarında
Vuruldum ətirlərə nəfəsində
Sevdirdin sevmədiyim payız küləyini
Sevdirdin sevmədiyim payız yağışını
Arzumda həyatımız yolunda
Arzumda bəxt üzüyü barmağında
Sevmədim ayrılığın qoxusunu
Sevmədim ayrılığın qorxusunu
Vuruldum atdığın hər addımına
Vuruldum gəzdiyimiz küçələrə
Bütün dərdlərə tək təsəllisən
Bütün yaralarıma məlhəm kimisən
Arzumda həyatımız yolunda
Arzumda bəxt üzüyü barmağında
Sevmədim ayrılığın qoxusunu
Sevmədim ayrılığın qorxusunu