Musiqim aparır uzağa səni
Musiqim aparır uzağa səni
Mən gedirəm yolumu dayanmadan
Yıxılıb qalxmaq necədir, bilirəm
Küçədə bir gədə gəzir həmişə, mənəm o
Dadıyıb rapimi hər küçə mənim
Musiqim qaldırır göylərə səni
Ağlım uçub gedir arada başımdan
Hər şeyi görmüşəm 24 yaşımda
Aşmamış hər kəsi yavaş-yavaş
Əl çəkən deyiləm savaşımdan
Tanıyan tanıyır, sözümün əriyəm
Ona görə bitmir sözüm, həri
Bütün zirvələri dağıdacam bir gün və də
Partladıb gedəcəm səhnələri
Mumya kimiyəm bax piramidada
Hər gecə şəhərdə gəzən o bir adam mənəm
Mənəm, mənəm hər gecə şəhərdə
Mumya kimiyəm bax piramidada
Hər gecə şəhərdə gəzən o bir adam mənəm
Mənəm, mənəm hər gecə şəhərdə
Yaşamaq çətindir, danışmaq asan
Anlamağın üçün qulaq asasan
Gələ bilər bunlar qulağa asan
Bezmişəm eşidib polisin səsin
Yanımda bir nəfər silahla gəzir
Bir nəfər birinin başını kəsir
Bir nəfər dərmanın tozunu əzir
Gic oluram artıq, dəli kimiyəm
Küçələri gəzən ölü kimiyəm
Sağlam yaşıyan bir əlil kimiyəm mən
Dənizdə batan bir gəmi kimiyəm
Yazıram hər dəfə qocalıram
Yazdığım hər gecə ucalıram
Mumya kimiyəm bax piramidada
Hər gecə şəhərdə gəzən o bir adam mənəm
Mənəm, mənəm hər gecə şəhərdə
Mumya kimiyəm bax piramidada
Hər gecə şəhərdə gəzən o bir adam mənəm
Musiqim aparır uzağa səni
Musiqim aparır uzağa səni
Tarixə yazarsınız adımı mənim
Musiqim aparır uzağa səni