Ah... Necə mən səhv elədim?
Dostum, sənə görə bütün həyatı məhv elədim
Ah... Yaralarıma duz səpələdim
Unudaraq bütün ağrıları mən dəf elədim
Mənimlə bu yola çıxan dostlar de indi hanı?
Onlar da atıb getdi, düşmən olub indi hamı
Bəzən də könlünü alır, axtarırsan cavab gəlmir
Həyat çətin olsa da, oynayarıq hər bir rolu
Məni məhv edənlərlə gedin indi əlbir olun
Birlikdə hər bir yolu, dəf edərdik hər bir yolu
Qalxmaq üçün bir gün tez, bir gün gec, fərqi nə olur?
Ah... Necə mən səhv elədim?
Dostum, sənə görə bütün həyatı məhv elədim
Ah... Yaralarıma duz səpələdim
Unudaraq bütün ağrıları mən dəf elədim
Dostum bilib güvəndiyim kəslər hamısı gedib bir gün
Yaxşı idi... Hamısı itib bir gün
Əvvəllər Baba idim, bil ki, Mc B.u.S olandan sonra
Gülməlidir, hamsı dönüb qapıma gəlib bir gün
Mən həmin Babayam, hər bir şeyi yaxşı bilirəm
Yaxşı bilir, susmuşamsa, yaxşı dinirəm
Amma unutmuşdular çox pis xasiyyətim var
Adama görə mən səhv silmirəm, səhv edəndə adamı silirəm
Belədir, dostum, qanunları mən qoyuram
Gördüyüm ən bərk adamın baxmamışam yaş, boyuna
Zəncir at, doğruyamsa, əzilmərəm
Uduzmalıydı kim mənlə, girmişdisə sərt oyuna
"Baba dərs oxumur, məktəbdə müdür vurub
Problemlidir, o insandan uzaq durun"
Deyən dostumun atası bir gün peşman olmuşdu
Öyrənəndə oğlu üçün yeri gələndə bıçaq vurub
Ah... Necə mən səhv elədim?
Dostum, sənə görə bütün həyatı məhv elədim
Ah... Yaralarıma duz səpələdim
Unudaraq bütün ağrıları mən dəf elədim