Daha vaxtı gəlib, ağlamadan, sızlamadan
Dik dayanıb, usanmadan, hər qarışın
Daha vaxtı gəlib, məqsəddən yayınmadan
Öz haqqımızı unutmadan qisas almağın (qisas almağın)
Bu xalq hazırdır yumruqtək bir olmağa
Bütün yollar aparır bizi Qarabağa
Biz bir dəfə ölsək, min dəfə dirilək
Ya vətən, ya da ki, ölməli
Biz yüz dəfə ölsək, milyon dəfə dirilək
Daha vaxtı gəlib, qanımla yuyulmuş vətən
Canımla qorunmuş vətən, üzün güləcək
Dözüm tükənib, torpaqçün hər şeydən keçən
Tarix yazan, tarix dəyişən millətimin səbri bitib
Qardaşlar hazır yumruqtək bir olmağa
Bütün yollar aparır bizi Qarabağa
Biz bir dəfə ölsək, min dəfə dirilək
Ya vətən, ya da ki, ölməli
Biz yüz dəfə ölsək, milyon dəfə dirilək
Biz bir dəfə ölsək, min dəfə dirilək
Ya vətən, ya da ki, ölməli
Biz bir dəfə ölsək, min dəfə dirilək
Biz bir dəfə ölsək, min dəfə dirilək
Ya vətən, ya da ki, ölməli
Biz yüz dəfə ölsək, milyon dəfə dirilək