Acısıyla, şiriniylə dadmalı
Həyat hər gün yenidir, anlamalı
Yağış hərdən şəhəri islatmalı
Hərdən yaxınlardan uzaqlaşmalı
Soyuq bir dünyada şamtək yanmağı
O gözlərdən təbəssüm yağacaq hələ
İlk baharda güllərin açacaq hələ
Günəş bir gün səninçün doğacaq hələ...
Ağır zərbələrə zərbəçi dözər
Lazım deyildi kəlbətin pressə, əlfəcin pyesə...
Təklik bərkidir mərdi, tərki-dünyanın təfəkkürü kimi sirli (Sirlidi)
Məkrin tərkibi tərk edilən hər kimin təkəbbürü kimi kirli (Kirlidi)
Sən elə mənsən, mən elə sən, əgər gecələr dəmsənsə...
Sənin sənə səni sənsən...
Hər kəsə tüpür! Rədd elə!
Kimsə bu xonçada donuz başı kimi görünəndə çağır gəlim...
Tək əldən səs çıxmaz deyən, həyatdan tək əlli yapışıb...
Feys-kontrolu keçə bilən köpəyin abrına nə gəlib, yaxşı?!
Səs salırdım ki, yatanlar ayılsın özüm oyandığımda
Arxamca danışırmış arxasında dayandığım da...
Dəniz coşub qayalara çırpınanda
Göylər bezib, ildırımlarla çaxanda
Sonuncu gün ümid qalır bu dünyada
İnan ki, sən nə ilk nə son dərdli adam
Həyat budur, yorulsan da yola davam
O sinəndə ürək vurursa durmadan
Yağış hərdən şəhəri islatmalı
Hərdən yaxınlardan uzaqlaşmalı
Soyuq bir dünyada şamtək yanmağı