LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

M

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Qurularkən gələcək mən hələ o vaxt körpə idim!
Arzular evciyində gözəgörünməz nəğmə idim!
Bir dünya, çirkli məkan və təmiz uşaq qəlbi
Yoxluğun qorxusunda yaşayırdım, istək idim!

Kələk idim, sənin dilinə qonurdum mən hər görüşdə!
İşıq idim, öz gözümdə görünürdüm hər dönüşdə!
Gülüş - döyüş səhnəsində təsadüfdür, bunu bilirdim!
Amma yenə də gülüşlərin görünür həyat döyüşündə

Bircə məktubum – o da ki, çatmamışdı uzaqlara!
İsti öpüşüm, son anda qonmamışdı yanaqlara
Tənha idim, amma ki, yoxluğun ayrı bir həyat idi!
Və bil ki, o həyatda sən...

Sən ümidsən!
Həyatımdan gedirsən!
Ağacıma tək budaqsan!
Dərində bir bulaqsan! Səni tapacam mən!

Sən yağışsan!
Yanağımdan yağırsan!
Bəzən arzulara qanadsan!
Sən ayrı bir həyatsan!
Bir həyatsan...

Mənə bir nağıl danış!
Mənə bir nağıl danış, həyatımıztək ağır olsun!
Mənə bir gülüş ver ki, bütün dünya paxıl olsun!
Sən ol mələk, mən əlçatmazlığınla barışım!
Sən ol arzu, mən təkcə varlığından danışım!

Sən ol xəyanət, mən sənin səbəb olduğun ayrılıq
Sən ol günəş, mən səndən yaralı qalan qaranlıq
Əlimdə var qələm, amma ki, mən deyiləm rəssam!
Odur ki, ol bircə hərf divarda rahat çəkə bilim səni mən!

İstəmə heç nə, yaşa, ol mənim ilham pərim!
Dəniz dalğaları ilə, qoy rəqs etsin əllərin!
Qısqanmıram, bu axı surreal dünya!
Bəlkə də nağıldır hər yan və biz yeganə dünya!

Sevginin bu qədər mümkün olduğu bir gündə
Bircə gülüşün kifayətdir ki, gün tamamlansın!
Mənim səndən uzaqda qalacağım günlərdə!
Gözlərim uzağı görsün və daim səni axtarsın!

Sən ümidsən!
Həyatımdan gedirsən!
Ağacıma tək budaqsan!
Dərində bir bulaqsan! Səni tapacam mən!

Sən yağışsan!
Yanağımdan yağırsan!
Bəzən arzulara qanadsan!
Sən ayrı bir həyatsan!
Bir həyatsan...

Sən ümidsən!
Həyatımdan gedirsən!
Ağacıma tək budaqsan!
Dərində bir bulaqsan! Səni tapacam mən!

Sən yağışsan!
Yanağımdan yağırsan!
Bəzən arzulara qanadsan!
Sən ayrı bir həyatsan!
Bir həyatsan...

WRITERS

ORKHAN ZEYNALLI

PUBLISHERS

Lyrics © Universal Music Publishing Group

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other