Doğrusu, gec olsa da, başa düşdüm
Tərk edə bilmir bədənimi yaralar qəmsiz
Necədir hava şərtləri orada?
Saat fərqindən xəbərim yox
Düz deyirdin, mənə sevmək düşmür
Eyni şeyi saldı ‘’terapist’’ beyinə
Keyfiyyət azalır ailələrdə
Amma artır xoşbəxt meqapiksellər
Qaçırıq evdən, məmnun işdə
Baş aça bilmirəm mən bu işdən
Başqa ailə davalarını izləyirik
Bu nə vərdişdir, neqativ sevmək?
İki cəhətim var idi: “yaraşıq, istedad - artan ildən ilə”
Birdən-ikiyə düşünməmişdim
Necə düşdü cəhətlərim ikidən birə
Duzu çox gəlib, sən demə, çörəklər boyat
Pisliyini istəmədim heç vaxt
İstəsən, bir gün zəng vur, oturaq
Yaxşı vaxtları yada salaq, yox?
Nə nömrən qalıb, nə salam-sağ ol
Nə qədər yaxınsan, o qədər uzaq
Nə qədər yağışsan, o qədər ocaq
Hələ də ümid var üfüqlərdə
Nə qədər yaxınsan, o qədər uzaq
Nə qədər yağışsan, o qədər ocaq
Hələ də ümid var üfüqlərdə
Varmı sənin xəyal etdiyin bir görüş?
Təsəvvüründəki məkandan danış, geyimləri bölüş
Nə qədər məsafə var aramızda
Həm ‘’ruhsal’’, həm fiziki
Çoxluğun həqiqət olduğu dünyada
İndi bu çaylar axır fərqli məcrada
Səyahətdə yaş olan qumlar fərqli
Həyat eynidir, dünyam fərqli
Sözlər bol, amma boşluq icrada
Bilirsən, yatıram eyni cür
Gecələr eynidir, röyam fərqli
Nə qədər yaxınsan, o qədər uzaq
Nə qədər yağışsan, o qədər ocaq
Hələ də ümid var üfüqlərdə
Nə qədər yaxınsan, o qədər uzaq
Nə qədər yağışsan, o qədər ocaq
Hələ də ümid var üfüqlərdə