Sən mənim canım, ey əziz ana
Sən mənim sönməyən öz ocağımsan
Döyünən ürəyim, isti nəfəsimsən
Sən mənim anam, ey əziz anam, gəl
Qocalma sən, mən sənə qurban
Ömürdən, gündən keçsədə günlər
Gəl qocalma sən, mən sənə qurban
Əvəzsiz anasan, müqəddəs ana
Döyünən ürəyim, baxan gözlərim
Nə olar bircə sən qocalma
Ürəyim daha da bərk döyünür
Evimin işığı, gözümün nuru
İsti nəfəsinə mən qurban, ana
Bir zaman yaşayırdım sakit bəxtəvər
Hələ bilmirdim qocalır anam
Sən mənim canım, ey əziz ana
Sən mənim anam, ey əziz anam
Gəl qocalma sən, mən sənə qurban
Ürəyim daha da bərk döyünür
Baxıram, saçların ağarıb nədən?
Bilmir ürəyim nə desin sənə?
Nə deyim, nə yazım axı mən?
Sənin yuxusuz gecələrinə mən
Sevirəm səni, mənim əziz anam!