Duyğularım axır sənə, bil, sel kimi
Gözlərində pərdə, görmədin bu sevgimi
Səbəb nədir söylə, de bu dəfə səhv kimin
Hər şeyi qəlbinə salma, dərdliyik hər ikimiz
Dəli kimi dəyişdin ürəyimin ritmini
Səndən başqa istəməm heç kimi
Aldıq hər ikimiz payımızı həyatdan
Yadda saxlamalı olduğumuz şeylər var, yar
Kölgələrdə qaldı, sormadın ki qəlbimi
Hardadır o eqon, de insafa gəldin mi?
Tələb nədir söylə, olma mənə yad kimi
Əsəblər tarım, yenə ikimiz də gərginik
Dəli kimi dəyişdin ürəyimin ritmini
Məndən başqa istəmə heç kimi
Dolanırsan ele bivec kimi
Aldıq hər ikimiz payımızı həyatdan
Yadda saxlamalı olduğumuz şeylər var, yar
Aldıq hər ikimiz payımızı həyatdan
Yadda saxlamalı olduğumuz şeylər var, yar