Mən havada vurulan o təyyarə
Qandal qolum, vandal dolu solum
Yenilməz Azərbaycan ordusu
Dişə diş, qana qan, kəllə kəlləyə
Elə bir ordusan ki, addım atanda yer silkələnir
Elə bir ordusan ki, vuranda göy üzü ildırıma bələnir
Ərşə qalxsın Şuşanın üstündə tüstülər
Şanlı silahınla düşsün alovlar düşmənin büstünə
Bir qanadımı 92də qırdılar mənim
Mən hələ də çırpıram yaralı qanadlarımı
Şəhid məzarlarının üstünə
Mən Füzuli, Laçın, Kəlbəcər, Şuşa
Qan dəydi dişimə bi dəfə, bu dəfə yox geriyə yol, dərəyə
Doldur leşləri bu torpağa, yol qur, vur, vur
Üstümdə barut, əlimdə qan, hər iki ovcum qırdır mənim
İradəm dəmirqapı dərbənd, mərmi və qəlpə, dəli ruhum hərbə hazırdı mənim
Millət, vətənəm, yurdam mən
Yazıram tarixi burdan mən
Ey Vətən, səmalarında Qartal
Bərkəm mən, hürkür bəşər kölgəmdən
Evimdir səngərlər, ruhumda yatır sərkərdə
İllərdir tərkəm mən öz ana yurdumdan, tərkəm mən
Dünya dön desə belə dönmə vur