LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Günəş Şəhəri Remastered

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Açılır səhər
Oyanır şəhər
Ürəyim sıxılır
Həyatım hədər

Damarlarımda qan dönür, fikirlərimdə ümid ölür
Hər günümdə Ay çıxır, qaranlıq içrə Günəş ölür
Damarlarım tromblaşıb, zaman, geriyə say, saxla!
Bu nədir, nəbz sönür?! Bütün bədən əsir, əlim donub

Qara kömür ayaqlarım, su istəyər dodaqlarım
Yanımda yoxdur dostlarım, əsəblərim tarım-tarım
İş işləyim, gedib tez mal alım
Damara mal basım, rahatlasın bədən

Qalmasın nədən ki, səma doğmasın günü
Bəladır hər günüm, budur dar günüm
Və dostlarım tək iynələrdir, həm də məhv edir məni
Bu necə dostluqdur? Üstümü örtün!
Yenə Günəş batır, mənə soyuqdur!

Açılır səhər
Göz açılmır, qaranlıqdır, hiss etmirəm sabahı
Oyanır şəhər
Mən ölürəm, heç cür tərk edə bilmirəm tamahı
Ürəyim sıxılır
Günəş batır mənim üçün, bu sonumdur, köməksizəm
Həyatım hədər

Boz şəhərim, mənim əllərim sənin divarlarını rəngarəng etsin
Qoymaq olmaz ahəng itsin
Qara ləkələr səni tərk etsin, getsin
Çəksin arxasınca hər kəs eyni rəsm

Üstündə yazılı eyni nəsr
Qarşınızda problemli damarı deşilmiş nəsil
Bəsdir, Kəsin!
Artır sayı gündən-günə kompleksli gənclərin
Yerdə istifadəyə yararsız iynələrin ortasında
Çıxılmaz durumda qalmış gəncliyim

Budurmu sonu bu gəncliyin?
Boz şəhərin tinlərində itib-getdi dincliyim
Dostum oldu damarı deşən iynələr
Və mən bu zəhəri iylərəm
Fikirlərim pərəm-pərəm, mən ölümü gözlərəm

Açılır səhər
Göz açılmır, qaranlıqdır, hiss etmirəm sabahı
Oyanır şəhər
Mən ölürəm, heç cür tərk edə bilmirəm tamahı
Ürəyim sıxılır
Günəş batır mənim üçün, bu sonumdur, köməksizəm
Həyatım hədər

Göz açılmır, qaranlıqdır, hiss etmirəm sabahı
Mən ölürəm, heç cür tərk edə bilmirəm tamahı
Günəş batır mənim üçün, bu sonumdur, köməksizəm
Həyatım hədər
Həyatım hədər
Həyatım hədər

WRITERS

ORXAN AGALAROV, PARVIZ ISAQOV

PUBLISHERS

Lyrics © Universal Music Publishing Group

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

From This Artist