Böyük-böyük şəhərlər kiçik-kiçik insanlar
Küçələrin birində bir ömürlük azarlar
Sevilər və sevərlər acı nədir - bilərlər
Kiçik-kiçik insanlar böyük-böyük şəhərlər
Necə tullayıb bizi yollar qəribə
Yapışıb hərə bir pəncərəsinə şəhərin
Kimimiz var axı özümüzdən başqa
Daşıya belimizdəki daşları
Vermə bir də bizə belə bir yük
Tanrı susma bir bax aşağı
Bura yarısımı filmin sonumu
Alın yazımız çoxdan yazılıb
Bizlər sadəcə şərhik yorumuq
Tökülər tale çayları dənizə
Kimi gözəldi tikanlı tac ilə
Kimi eybəcər əlləri dolu nərgizlər
Böyük-böyük şəhərlər kiçik-kiçik insanlar
Küçələrin birində bir ömürlük azarlar
Sevilər və sevərlər acı nədir - bilərlər
Kiçik-kiçik insanlar böyük-böyük şəhərlər
Böyük şəhərlər balaca adamlar
Dəmir yollarında qatarlar
Kimi hamı öz dayanacağına bağlı
Həyatın danışacağı bu nağlı
Sevgidənmi qəlbindəki qəm
İçimdəki səs neçə ildi nəsə bağırır
İçimdəki səs neçə ildi nəsə bağırır
Böyük şəhərlər balaca adamlar
Evinə doğru onlar addımlar
Var adları soyadları amma
Siliniblər onlar dünyanın yadından
Bu qədər de adam içərmi qəm
Piyadalar bizə baxar keçər gedər
Hərə öz əsərinə cümlələri
Səpər əkər sular biçər bitər
Birisinin isə dərdi bəşər