LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Gecə Yorğunu

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Yarımçıq qoyduğu bütün yollar
Sən demə evə gedirmiş
Yarısı dedi - "sözləri yalan"
Yarısı dedi - "seçilmiş"

İstədi ki, gətirə baharı
Çəkərək içinə şaxtaları
Sevdi dostlarını düşmənləri
Alçaqları və saxtaları

Ay işıq saçır yollar uzunu
Ulduz uçur gecə yorğunu
Axır haralara və niyə
Əriyə-əriyə, əriyə

Tutur hərdən əlin ürəyinə
Bilsin necə döyüntüsü qalmış
Heç vaxt qorxmadı enməyə dərinə
Amma zirvələr demə, dayazmış

Bəlkə də o bezib oynamaqdan
Bilə-bilə həyata uduzur

Ay işıq saçır yollar uzunu
Ulduz uçur gecə yorğunu
Axır haralara və niyə
Əriyə-əriyə, əriyə

Ay işıq saçır yollar uzunu
Ulduz uçur gecə yorğunu
Axır haralara və niyə
Əriyə-əriyə, əriyə

WRITERS

Elkhan Zeynalli

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other