Dinləyirdik klassik Qaraqan treklərini
Hisslərimizi bütün dünyadan gizlədirdik
Mən yazırdım Gəl gedək orda insanlar
Sən deyirdin Ata evindəyəm sanki zindanda
Bakının küçələri - bizim izlər
Hara getsəm batır ürəyimə bizlər
Hər dəfə yeni döngədə düşünürəm gələcəyik üz-üzə
Bu qədər uzun bir fasilədən
Sonra belə dolu içim xatirələr
Sanki bizim tərk etdiyimiz
Dərslər səni unutmaq üçün
Dostlar dar günümdə qorumaq üçün
Təklik kim olduğumu anlamaq üçün
Gecələr mənim yuxularıma gəlirsən
Sönən közlərini yaralarıma səpirsən
Qaçırırdı yoldan keçənlər gözlərini
Bir şəhər insan bir-birindən nəsə gizlədirdi
Qəlblərin içində sönürdü inam
Saçlarının arasında əriyirdi qar
Şaxtadan yanaqlar qıpqırmızı laləzar
Xəbərimiz yox idi ki gəlir boran
Yadımdadır bizim o əbədi sevgi
Dediyimiz necə bir gecə bitdi
Elə bildim zarafatı taleyin amma ciddi
Amma ilişdi ahın zalım döngələrdə
Dərslər səni unutmaq üçün
Dostlar dar günümdə qorumaq üçün
Təklik kim olduğumu anlamaq üçün
Gecələr mənim yuxularıma gəlirsən
Sönən közlərini yaralarıma səpirsən