LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Qadın Ətri

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Qısa qapanma, ilıq kapuçino
Yeni sətirlər, ağ-qara film, kino
Mən sanki rəssam, fırçalarım xəzan
Mən köhnə piano, akkordlar mi-minor
Yeni avtobuslar, dayanacaqlar
Tələsən insanlar dayanacaqlar
Bakıya yağır noyabr payızı
Bu yuxudan mən istəmirəm ayılım
Mənim həyatımda yoxdur yaxşı insanlar
Yaxınlar, səhvlərinə öyrəşdiyim adamlar var
Mənim həyatımda yoxdur şahzadələr
Var göz yaşlarına toxunduğum qadınlar
Bədəni tanımaq, tanımaq hər nöqtəsini
Bu roman, bu kitabın yox nöqtəsi
Sanki mələklər utanır ahlardan
Bu pəncərələrin qapanır pərdəsi
Və rəqs edərik səhərə kimi səninlə
Bu mahnının olmasın nəqarəti
Sadəcə qulaq as, sakitcə dinlə
Saksafon və qadın ətri
Mən tapa bilmirəm hisslərimin adını
Sən sanki içki, siqaret, pis vərdiş
Mən sənlə qalardım bəlkə də əbədi
Amma ki, şairlər içlərində dərviş
Mən tapmalıyam Allahı səhralarda
Ya da ki, fahişələr həqiqəti pıçıldar
Mən bilmirəm kim bu ruhlar
Hara aparır məni asfalt yollar?
Söz ver, səni heç kəs belə görməyəcək
Mən gedirəm, amma söz ver ki, gözləyəcəm
Mən gedirəm, səni sevirəm, əlvida
Qorxma, xəyanətləri səndən gizləyəcəm
Sən yenə hər səhər süz iki kapuçino
Bilmək olmaz, bəlkə bir gün qayıtdım
Sən gözündə nifrət, baxarsan mənə
Mən gülüb deyəcəm: "Salam, darıxdım!"
Və rəqs edərik səhərə kimi səninlə
Bu mahnının olmasın nəqarəti
Sadəcə qulaq as, sakitcə dinlə
Saksafon və qadın ətri

WRITERS

Elkhan Zeynalli

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other