LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Qara Cadillac

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Oynayır bütün Bakı onun əlində
İstəyirlər olmaq onun yerində
Qaranlıq küçələrin birində
Aşıb Qara ‘’Cadillac’’
Şüşələri deşik-deşik
Aşıb Qara ‘’Cadillac’’
Götürüblər ‘’cash’’i, ‘’cash’’i
Aşıb Qara ‘’Cadillac’’

Onun vəsiqəsi var, amma şəxsiyyəti yox
Ona məsləhətlər “похуй”, onun xəzinəsi dolur
Tüfeyli həyat birdən vəzifəli olur
Girə bilmir tin-dalana, bilir təhlükəli yolu

Pullu “qıjı” “qaqalar”, “instamodel balalar”
Oynayırlar marağa
Qabağında farağat boynuyoğun əmilər
Günahlarını silirlər, işəsə şəhərin göbəyinə, heç nə demirlər ona
Papasının gülü, ‘’Richie-richie’’
Qancıqlara pul, hər gün içir, içir
Biçir, biçir quluna qiymət
Gətir, gətir puluna minnət

Oynayır bütün Bakı onun əlində
İstəyirlər olmaq onun yerində
Qaranlıq küçələrin birində
Aşıb Qara ‘’Cadillac’’
Şüşələri deşik-deşik
Aşıb Qara ‘’Cadillac’’
Götürüblər ‘’cash’’i, ‘’cash’’i
Aşıb Qara ‘’Cadillac’’

Qara qəsəbəli “boi” qaba nəsə qoyur
Ona lazım pul, çünki evdəkilər ac
Məhəllədə yaşayış yox
İşi-gücü ancaq ‘’hustle’’
Hər gün oğurluqda, üzlərində “maska”, hamı hazır
Yığır məhəllə uşağına, gedir işi götürməyə
Belələri ya məzara gedir, ya türməyə
Bu yaşına qədər, inan, “Qara” görüb nələr
Seçim arasında, ya qəsəbə, ya göydələn
Görsənir işığı ‘’Cadillac’’ın
Vuracağı nöqtəyə tuşlayır o silahı
Silkələnir ciblərində qəpiklər
Səs-küyə oyanır şəhər çəkiləndə tətiklər

Oynayır bütün Bakı onun əlində
İstəyirlər olmaq onun yerində
Qaranlıq küçələrin birində
Aşıb Qara ‘’Cadillac’’
Şüşələri deşik-deşik
Aşıb Qara ‘’Cadillac’’
Götürüblər ‘’cash’’i, ‘’cash’’i
Aşıb Qara ‘’Cadillac’’

WRITERS

Amal Ramazanov, Riad Manafli

PUBLISHERS

Lyrics © Universal Music Publishing Group

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other