LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Ayrılıq Beləmi Olur

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Dünyanın yerinə dözən ürəklər
Bir kövrək sevgidən nə tez yorulur
Dünyanın yerinə dözən ürəklər
Bir kövrək sevgidən nə tez yorulur

Gün batır, qar yağır, əsir küləklər
Gün batır, qar yağır, əsir küləklər
Bilmirəm, ayrılıq beləmi olur?
Bilmirəm, ayrılıq beləmi olur?

Sevməyi öyrətdin mənə sonunda
Qaldım sənsizliyin qəm qanadında
Sevməyi öyrətdin mənə sonunda
Qaldım sənsizliyin qəm qanadında

Sən yoxsan, xəyalın məni ovudur
Sən yoxsan, xəyalın məni ovudur
Bilmirəm, ayrılıq beləmi olur?
Bilmirəm, ayrılıq beləmi olur?

Nə bir söz, nə bir zəng, yoxdur xəbərin
Deyəsən, evimə lal sükut dolur
Nə bir söz, nə bir zəng, yoxdur xəbərin
Deyəsən, evimə lal sükut dolur

Sevgi qonağıymış, demə, kədərin
Sevgi qonağıymış, demə, kədərin
Bilmirəm, ayrılıq beləmi olur?
Ayrılıq beləmi olur?

Sevməyi öyrətdin mənə sonunda
Qaldım sənsizliyin qəm qanadında
Sevməyi öyrətdin mənə sonunda
Qaldım sənsizliyin qəm qanadında

Sən yoxsan, xəyalın məni ovudur
Sən yoxsan, xəyalın məni ovudur
Bilmirəm, ayrılıq beləmi olur?
Bilmirəm, ayrılıq beləmi olur?

Beləmi, beləmi
Bilmirəm, ayrılıq beləmi olur?
Bilmirəm, ayrılıq beləmi olur?

WRITERS

XANIM QARAYEVA

PUBLISHERS

Lyrics © Universal Music Publishing Group

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other