Fikirlərim Bakı qədər qarışıq
İçimdəki şeytanlar mələklərlə yarışır
Olmadım yaxşı biri bitmədi savaşım
Hisslərim ölü daha denən kimlə barışım
Xatirələr maraqsız tutmamışam dəftərin
Seçdim vecsizliyi boğmaqdansa kədəri
Yalan daha sevgilər bir gecəlik dəyəri
Bilmirəm bəlkədə yenə içdən gülərik
İstəmirəm heykəl olum qaldırma heç yuxarı
100 metirdən hiss edilir gözümdəki dumanım
Kimə gedir duamız kimdə bizim savablar
Tanrının zərbələri sərt olsa da qanatmaz
Mənə yenə yazmağa mövzu verir dərdlər
Sinəmdə danışır qara qura səslər
Mənə kəsməlisən səsləri demə
Öyrədir səslər küləy olub əsməy
Bizə yox dəstəy sona qədər ayaqdayam
Yazılarım işığ olar qaranlıqda qalana
Neçə göz yaşı üçün yatmadım oyağam
Qulaqcıqdan qəlbinə gedən o cığırdayam
Come back edirəm sənin taxtın saxta
İtirərək hər kəsi bir kənarda qalmaq
Uğura gedən yolda yıxılmasam olmaz
Gecə keçib on ikini itirir dün önəmini
Nə pisliyim var idi ki geri gətir iki ili
Tütün deyil içimizə dərdimizi çəkirik ki
Sərxoş olub ölmərik kədərlənmə süz içərik
Çölə vurur iç üzünüz güvən vermir heç biri
Danışırsız arxamızca balaca bir piç kimi
Kibirindən sirkələnib tökəcəksən kirini
Sənin kimi yüzünün biz söndürmüşük səhərini
O qədər əlayam ki yer qaçır ayağımdan
Mükəmməl pozlar hər tərzdə şəklim var
Kimi sıxılır sözüm kim üçünsə dayağam ha
Yıxılanda təksən ayaq üstə adamın var
Şanlı bir ölüm ya da diri bi qəfəs
Çoxlu sədəf yəni yoxdu həvəs
Daim bir təklik sıxıntı və vəsvəsə
Bunlarda keçər demək özümədə sərf edər