LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

14

•

2011

Adsız Mahnı

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Nə qədər söz olsa
Söz nə qədər düz olsa
Az gələcək sətirlərim
Gözlərinə baxmaqdan
Nə qədər düz olsa
Düz nə qədər iz qoysa
Etiraz edə bilməyəcəm
O ətrini qoxmaqdan
Cızdım rəsmini
Tanımamışdan ağlımda
Sən bir şahzadə
Və ayağında çarıqlar var
Girdin həyatıma
Və real oldun nağılımda
Gözmuncuqlarında
Dərin çat və qırıqlar var
Dərinə toxundum
Və əridim, yox oldum
“Mən ruhmu, insanmı!?”
Anlamadan yoluma davam
Əlinə toxundum
Parlaqlıq çox oldu
“Sən ruhmu, insanmı!?”
Anlamadan yoluma davam
Sən güclü, ən güclü
Otlardan-həblərdən
Uça bilməz insan yox
Uça bilməz insan
Xətrinə dəyəcək qədər
Kobud oluram mən hərdən
Amma sən bu həyatımda
Tək “keçə bilməzim”-sən

Qanadlan!
Səni mənə gətirəcək bu qanadlar
Uzaqdan...
Ətrini küləyə ötür, dayanma!
Səmadan...
Dənizdən...
Buluddan...
Günəşdən...

Güc ver, mənə güc ver
Var oluşun belə bəsdir buna
Hər yer mən dardır
Əgər səbəb varsa yoxluğuna
Yazdığım ilk sətir belə
Son kimi görünə bilir mənə
Çatmamış bitir mürəkkəb
Sətirlərim sonluğuna
Uzana-uzana gedir gecə
Üzünü görüm, edim necə?
Mən buz kimi, sənsə isti
Uzaqlaşıram əridikcə
Nə ürək işləmir, nə beyin
Küsür pərilər uzaq qaçır
Bayıra çıxıram axtarışda
Boşdur küçə, boşdur küçə
Toxunuşlar, barmaqlar...
Hər şey necə də mükəmməldir
Dərin, dərim
Nəfəs dərin-dərin
Gözlərim və gözlərin
Dodaqlar, incə belin
Uzaqlıqlar içində mən
İtirirəm yenə də səni
Yenə də boşdur buz əllərim
Gündəliklərdə vərəq qalmadı
Bitirdim neçə qələmdə mürəkkəb
Atmadım, saxladım, doğmadır
Tək göründüm hər kəsə
Təkəm sandılar
Yanımdaydın heç darıxmadım
Amma yenə də dön, yanımda cismin olsun!
Bəlkə, inandım ki, nəğmələrdə deyilən eşq
Bu qədər asandır
Dön
Nəğmə yazacam sənin dönüşünə
Yorğun gözlərim baxır, yolun sonunda ölümlə
Görüşümə
Gecikirəm!

Qanadlan!
Səni mənə gətirəcək bu qanadlar
Uzaqdan...
Ətrini küləyə ötür, dayanma!
Səmadan...
Dənizdən...
Buluddan...
Günəşdən...

WRITERS

PARVIZ ISAQOV

PUBLISHERS

Lyrics © Universal Music Publishing Group

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

More From This Album

Lyric cover art

14

2011

01

Utopiya

DJ MEHRAJ, PRoMete

02

Sən Qanadsan

PRoMete

03

2012

PRoMete, Qaraqan

04

Aciz İnsan

PRoMete, Qaraqan

05

Oyan

Günəş, PRoMete

06

Sus

Günəş, PRoMete

07

Uçan Oğlan

Mc Virús, PRoMete

08

Bu Nə Zibildir

Mc Heddam, Mc Kamuflaj, PRoMete

09

Maraqlı

PRoMete

10

Adsız Mahnı

PRoMete

11

Stop Kadr

PRoMete

12

Sual

Dj Shock, PRoMete, Vüsal Nazimoğlu

13

14

PRoMete

14

İntro

Dj Shock, PRoMete

From This Artist