LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

14

•

2011

Sən Qanadsan

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Bu gün yenə evimdə yarım saatlıq qonaq idin
Cismin yanımda idi, özün isə uzaq idin
Fikirləşirdim, səni buraxmaram uzaqlara
Amma məni anlamırdın, sanki körpə uşaq idin
Hisslərin yenə kontrolda, sinirlərinsə üzdə
Mən sənə uçmaq təklif edirdim, sənsə üzmək
İnan mənə, belə anlarda çox çətin olur
Səni çox sevsəm də, sənin kaprizlərinə dözmək
Yenə köçmək və rədd olmaq buralardan
Hissləri qayıdır dərhal mənə bu anlarda
Toxunuşlar, sanki divara yaxılmış palçıq olur
Verdiyin qanadlarsa dönüb olur qoluma qandal
Kəs bütün bağlarımı! Qanadsız da yaşayaram!
Sənsiz ölərəm, bilirəm, amma kim var ki əbədi?
Dərviş kimi həyatımı belimdə daşıyaram
Olmasan bu ömürdə, yaşamağımın səbəbi

Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin
Soyuq ürəyin, eşq tumurcuq
Ürəyində çicəklər göyərmir

Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin
Soyuq ürəyin, eşq tumurcuq
Ürəyində çicəklər göyərmir

Əl-ələ tutmağımızı yadına sal (xatırla)
Barmaqlar iç-içə, tər, su kimi ovuclardan axır
Əl-ələ gəzməyimizi yadına sal (xatırla)
Sanki bütün dünya çönüb birdən bizə baxır
Sən paxıl, amma elə bil ki burda nəsə səhv bir şey
Mənimlə sevgilin yox, düşmən kimi davranırsan
Mən paxıl, səni bütün dünyadan üstün tuturam
Mənimlə dava edib, üzümə zəngləri bağlayırsan
Mən yalançı, mən həqiqi... Bu asılıdır əhvalından
Şən günlərin sayı: beşin ikiyə nisbətində
Gah düzəlir, gah pozulur, baş açılmır əhvalından
Görəsən daha nələr var, mənim bu qismətimdə?
Səbrim sanki ümman, sən içində üzürsən
İstəmirəm boğulasan, əvvəl boğulduğun kimi
Bezmirəm, yox! Dözmürəm, yox! Bu sətirlər başqa şeydir
Qəbul edirəm mən səni, olduğun kimi

Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin
Soyuq ürəyin, eşq tumurcuq
Ürəyində çicəklər göyərmir

Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin
Soyuq ürəyin, eşq tumurcuq
Ürəyində çicəklər göyərmir

Sən qanadsan, mən göyərçin
Kim tək uçmaq istər?

WRITERS

MURAD QULIYEV, PARVIZ ISAQOV

PUBLISHERS

Lyrics © Universal Music Publishing Group

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

More From This Album

Lyric cover art

14

2011

01

Utopiya

DJ MEHRAJ, PRoMete

02

Sən Qanadsan

PRoMete

03

2012

PRoMete, Qaraqan

04

Aciz İnsan

PRoMete, Qaraqan

05

Oyan

Günəş, PRoMete

06

Sus

Günəş, PRoMete

07

Uçan Oğlan

Mc Virús, PRoMete

08

Bu Nə Zibildir

Mc Heddam, Mc Kamuflaj, PRoMete

09

Maraqlı

PRoMete

10

Adsız Mahnı

PRoMete

11

Stop Kadr

PRoMete

12

Sual

Dj Shock, PRoMete, Vüsal Nazimoğlu

13

14

PRoMete

14

İntro

Dj Shock, PRoMete

From This Artist