LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

14

•

2011

Sual

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Məni mənə göstərəndə birinci dəfə güzgü
Çox qorxmuşdum
“Bu mənmiyəm?” – anlamamışdım
“Qəribədir. Niyə bu belədir?” – sormuşdum
Yormuşdum, bəlkə, buna görə, bezib
“Unudulacaq bu!” – demişdilər mənə
Amma illər keçir, mənsə güzgüdə hər dəfə
Başqa bir mən görməyə öyrəşirdim
Unutmaq əvəzinə… hmmm… içimdə hisslər isinirdi
Mənliyimi deyilən kimi soyutmaq əvəzinə
Və bir gün satış öyrəndim və bir gün alış öyrəndim
Dedim özüm-özümə “alış!” Öyrəndim!
Mən əvəzinə mən almaq öyrəndim
Mən əvəzinə mən satmaq öyrəndim
Əvvəl iməkləməyi öyrəndiyim bu yollarda
Özümü tək qoyub, qaçmaq öyrəndim
Və bir gün sən gəldin, qanad oldun
Mən uçmaq öyrəndim
Sən mənə çox öyrətdin
Mən səndən çox öyrəndim
Sətirlərin üzərində diyircəklə
Rəqs eləmək nə gözəlmiş?!
İşə bax bir, güzgüdə özümü tanıdım, üzüm də gözəlmiş
Uçarkən yerə baxdım, gördüm
“Göydən yer üstü nə gözəlmiş!?”
Deyəcəkdim
Gözləmədən və birdən sən getdin…
Qanadlarsız qaldım
Diyirləndim... diyirləndim…

Şüuraltından şüur üstünə gələn qonağımsan
Səni dərk etmək, görmək qədər mümkünsüz
Məni anlaya bilsən, yalnız sən anlarsan
Bəlkə də zamanı da danacaq beynim
Bəlkə də bədəni də buraxacaq
Bu ruhum səni görə bilmək üçün nələr etməzdi?!
Amma nəfsim əksimə işləyən iti xəncər
Kəs-doğra, ruh parçalarımı gəl, bir yerə topla
Doğram-doğram… könül istər yenidən doğulam
Ana bətnindən çıxan anda sevinc yox
Qəm bəxş edə hər kəsə ölü cismim
Bəlkə onda sənə qovuşan yollar üzümə açıla bir-bir
Üsyan bu ruhda hakim. Məni bağışla!
Bunu tək sən bacarırsan, çünki
Sənə yalvarmaqdan başqa, səni tərifdən başqa
Nə dəyərim var ki, sanki?!
Bunu mənə öyrədən də sənsən
Ala da bilərsən əgər istərsən
Mənə əvvəl özünü dərk et buyurmusan
Amma məni düşündürən bir neçə sual var
Səndən niyə qorxuram?
Sənə niyə qayıdacam?
Məni niyə yaratmısan?
Mən kiməm?
Bəs sən kimsən?

WRITERS

CEYHUN ZEYNALOV, PARVIZ ISAQOV

PUBLISHERS

Lyrics © Universal Music Publishing Group

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

More From This Album

Lyric cover art

14

2011

01

Utopiya

DJ MEHRAJ, PRoMete

02

Sən Qanadsan

PRoMete

03

2012

PRoMete, Qaraqan

04

Aciz İnsan

PRoMete, Qaraqan

05

Oyan

Günəş, PRoMete

06

Sus

Günəş, PRoMete

07

Uçan Oğlan

Mc Virús, PRoMete

08

Bu Nə Zibildir

Mc Heddam, Mc Kamuflaj, PRoMete

09

Maraqlı

PRoMete

10

Adsız Mahnı

PRoMete

11

Stop Kadr

PRoMete

12

Sual

Dj Shock, PRoMete, Vüsal Nazimoğlu

13

14

PRoMete

14

İntro

Dj Shock, PRoMete

From This Artist