LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

14

•

2011

Sus

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Qaranlığa doğan Günəş kimi
Üfüqünü tək mənə göstər
Bu notlar sözlərin acizliyi
Susacam, növbəti sətirin başına qədər
Əsrarəngiz voyaj
Ləpələr üzərində rəqs üçün əlimi tut!
Bizə qonaq gəlib Pokal
Mən razıyam, belə çöksün son sükut
Ruhuma bütövlük hakim
Sən məni tanıyırdın
Bəs bu sınaqlar nə idi?
Bəs məni niyə yoxlayırdın?
Bilsəydik, daha əvvəl qovuşardıq
Yooox!
Axı, artıq bizə qədər hər şey yazılmışdı
Biz bilirdik, bizə deməsələr də
Biz axı, susa-susa danışmağı bacarırdıq
Göstərməsək də
Kölgələrlə rəqs məni yordu
Səni də buludlar
Odur ki, açıldı qanadlar
Mən səmada
Sən səmadan
Oyanmağım gəlmir röyadan
Şüalan!
Qaçacam açaraq yeni cığırlar
Mənə gərək deyil arzulamaq uğurlar
Üstümdə nəzərin var

Nədir bu hüdud!?
Axı, niyə hər şey belə sehrli?!
Sus! Yola davam!
Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir...

Hələ nə qədər getməli ki, çatmalı və səni qazanmalı?!
Mən yanındayam!
Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir...

Nədir bu hüdud!?
Axı, niyə hər şey belə sehrli?!
Sus! Yola davam!
Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir...

Hələ nə qədər getməli ki, çatmalı və səni qazanmalı?!
Mən yanındayam!
Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir...


Gəlsin gecə göy üzünə buludlar
Töksün buludlar yerə damcılar
Bəlkə, onda bu şəhər oyanar
Bəlkə, onda səhər açılar
Bəlkə ulduzların yerinə sən
Səmada parlayaraq görünərsən
Bəlkə də, onda bu mahnını mən
Pıçıldayaraq oxuyaram və gülərsən

Gecə yarı mən bu sözləri yazanda
Sən yatırdın, sən yatırdın!
Gözlərin yumulu, əlin alnında
Mən isə sənin şəklinə baxırdım

Çox axtardığım, amma tapdığım
Sən uzaqda, yenə uzaqda
Yazıram qədəri tərsinə çevirməkçün
Bu sətirləri, sənə uzaqdan

Çöksün yenə yer üzünə qaranlıq
Yenə vərəqlər, yenə dost qələm
Vursun məni bədbinlik bir anlıq
Yazıram-yazıram nəticə yox hələ
Beləcə, gecəni səhərə çevirmək istəyi
Yenə qonaq gələ sətirlərə
Bu gün günorta görüşmüşdük
Əllərimdir ətir hələ

Gecə yarı mən bu sözləri yazanda
Sən yatırdın, sən yatırdın!
Gözlərin yumulu, əlin alnında
Mən isə sənin şəklinə baxırdım

Çox axtardığım, amma tapdığım
Sən uzaqda, yenə uzaqda
Yazıram qədəri tərsinə çevirməkçün
Bu sətirləri, sənə uzaqdan

WRITERS

PARVIZ ISAQOV

PUBLISHERS

Lyrics © Universal Music Publishing Group

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

More From This Album

Lyric cover art

14

2011

01

Utopiya

DJ MEHRAJ, PRoMete

02

Sən Qanadsan

PRoMete

03

2012

PRoMete, Qaraqan

04

Aciz İnsan

PRoMete, Qaraqan

05

Oyan

Günəş, PRoMete

06

Sus

Günəş, PRoMete

07

Uçan Oğlan

Mc Virús, PRoMete

08

Bu Nə Zibildir

Mc Heddam, Mc Kamuflaj, PRoMete

09

Maraqlı

PRoMete

10

Adsız Mahnı

PRoMete

11

Stop Kadr

PRoMete

12

Sual

Dj Shock, PRoMete, Vüsal Nazimoğlu

13

14

PRoMete

14

İntro

Dj Shock, PRoMete

From This Artist