LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

14

•

2011

Uçan Oğlan

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Hündür mərtəbəli bina
Burdan, hər şey ovuc içindəki boyda
Həyatdan doymaq çətindir
Amma burda durub doymuş bir oğlan
O fikirləşir, sonuncu dəfə
Bəlkə də elə ilk dəfə fikirləşir
Bütün olanı-keçəni
Tərk etmək üçün bu bacanı-küçəni

Əllərin iki yana açır, uçur-uçur
Gözləyir onu aşağıda ölüm köçü
Əllərin iki yana açır, uçur-uçur
Gözləyir onu aşağıda ölüm köçü

Boş parklar və oturacaq
Bir gün sənə də dost olacaq
Tək-tənha sən bu şəhərdə
Sanki ən kövrək uşaq

Hər şey gözünün önündən keçir
Sanki 35 millimetrlik lent
Həyətlərində yığışıb dost-tanışı
Qurulub çadır-tent
Onu çağırır, buna toxunur
Amma elə bil ki, ona fikir verən yox
Niyə ona belə saymamazlıq edir hamı
Axı pis nə edib görən o?!

Əllərin iki yana açır, çığır-bağır
Gözləri sanki bulud, yağır yağış, yağır
Nə isə dəyişib, maraq, şübhə, qorxu
Bədəni yüngülləşib, fikir ağır-ağır

Boş parklar və oturacaq
Bir gün sənə də dost olacaq
Tək-tənha sən bu şəhərdə
Sanki ən kövrək uşaq

Yadına düşür
Axırıncı dəfə bura gəlməyindən yeddi gün keçib
İlk dəfə bu dama gələndə
Kim olacağına qərar verib, özün seçib
Ağırlıqla dolu həyatında
Çox ağırlığa dözüb, keçib
Amma sonda bezib yenə
Durub, gəlib, ölüm seçib, uçub

Əllərin iki yana açıb, uçub-uçub
İnsanlardan uzağa qaçıb, gedib, köçüb
Təkliyi dost edib özünə, kimsəsiz gecələrdə tək tənha
Vaxtı boş oturacaqlı parklarda səssiz keçir...

Boş parklar və oturacaq
Bir gün sənə də dost olacaq
Tək-tənha sən bu şəhərdə
Sanki ən kövrək uşaq

Boş parklar və oturacaq
Bir gün sənə də dost olacaq
Tək-tənha sən bu şəhərdə
Sanki ən kövrək uşaq

WRITERS

PARVIZ ISAQOV

PUBLISHERS

Lyrics © Universal Music Publishing Group

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

More From This Album

Lyric cover art

14

2011

01

Utopiya

DJ MEHRAJ, PRoMete

02

Sən Qanadsan

PRoMete

03

2012

PRoMete, Qaraqan

04

Aciz İnsan

PRoMete, Qaraqan

05

Oyan

Günəş, PRoMete

06

Sus

Günəş, PRoMete

07

Uçan Oğlan

Mc Virús, PRoMete

08

Bu Nə Zibildir

Mc Heddam, Mc Kamuflaj, PRoMete

09

Maraqlı

PRoMete

10

Adsız Mahnı

PRoMete

11

Stop Kadr

PRoMete

12

Sual

Dj Shock, PRoMete, Vüsal Nazimoğlu

13

14

PRoMete

14

İntro

Dj Shock, PRoMete

From This Artist